Maraqlı

Ayrılıq səbəbləri evlilik imiş

7 Aprel 2020 19:24
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Kutsi ilə sevgilisi Feyza Çıpanın ayrılıq səbəbi bəlli olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Posta" qəzeti məlumat yayıb ki, aktrisa Kutsi onunla evlilikdən boyun qaçırdığı üçün ayrılıb.

Bildirilir ki, daha öncə beş dəfə müğənnidən ayrılan Feyza 2017-ci ildə yenidən barışıb və nişanlanıb. Bu dəfə isə sənətçi Kutsidən ayrılmaqda qərarlıdır. Çünki o, ailə qurmaq və ana olmaq istəyir. İfaçının evlilik fobiyası isə buna mane olur. Hazırda Kutsi nişanlısı ilə barışmaq istəsə də, aktrisa onun telefonlarına cavab vermir.

Qeyd edək ki, cütlük 2012-ci ildə "Huzur sokağı" serialının çəkilişləri zamanı tanış olub. Kutsu bu sevgi münasibətinə görə qızları Ceylin Ada və Lilanın anası Sinem Bayraktutardan 2015-ci ildə boşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.