Maraqlı

Məşhur müğənni koronavirusa yoluxmayıbmış - Üzr istədi

6 Aprel 2020 19:25
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilən rusiyalı məşhur müğənni Lev Leşşenko xəstəxanadan evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, son analizlərinin cavabı mənfi çıxan 78 yaşlı sənətçinin ümumiyyətlə koronavirusa yoluxmadığı məlum olub.

Bu barədə sosial şəbəkədə məlumat verən Lev onun üçün narahat olan hər kəsdən üzr istəyib:

"Mən və həyat yoldaşımın sonuncu test təhlilləri mənfi çıxdı. Bizdə koronavirus yoxdur. Ağciyərimdə ciddi iltihablama prosesi var idi. Hazırda yayılan 5-6 növ virusdan birinə yoluxmuşdum. Amma tam olaraq hansı olduğunu müəyyən edə bilmədilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.