Maraqlı

Bu ölkədə heyvan əti ilə bağlı DAHA BİR QƏRAR

6 Aprel 2020 20:14
1 Şərh     Baxış: 2 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika ölkəsi Qabonda Kovid-19 pandemiyasında görə panqolin və yarasanın istehlakı və satışı dayandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Meşə və su naziri Li Vayt bildirib.

Nazirin sözlərinə görə, bu heyvanların yeyilməsinə koronavirusun yayılmasına səbəb olduqları üçün qadağa qoyulub.

Nəsli tükənmək təhlükəsi altında olan panqolinin, onsuz da, mühafizə altında olduğunu xatırladan Vayt qanunu pozanların cəzalandırılacağını dilə gətirib.

Qeyd edək ki, bu, Qabonda ilk belə qayda deyil. Ölkədə Ebola epidemiyasının yayıldığı dövrlərdə primatların yeyilməsi qadağan olunmuşdu. 88%-i meşədən ibarət olan Qabonda vəhşi heyvan ovu və ətinin istifadəsi geniş yayılıb.

Ölkədə bu günə qədər 21 Kovid-19 yoluxması qeydə alınıb. 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə sağalıb.

Xatırladaq ki, daha əvvəl Çinin Sengen ərazisində it və pişik ətinin istehlakına və istehsalına qadağa qoyulub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.