Maraqlı

Oğlanın valideynləri onun dul qadınla evlənməsinə razı deyillərsə, oğlan nə etməlidir?

7 Aprel 2020 22:10
12 Şərh     Baxış: 3 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam qanunlarına görə, subay oğlanın dul (ərindən boşanmış və ya əri ölmüş) qadınla evlənməsi və ya subay qızın dul kişiyə ərə getməsi günah deyil, tamamilə icazəli hərəkətdir. Hətta İslam böyüklərinin bəzilərinin həyatına baxdıqda bu cür halların şahidi oluruq. Lakin evlilik zamanı bir-birinə tay (şəriətdə buna küfüv deyirlər) olmaq şərtini qorumaq da lazımdır. Oğlan ailə qurarkən öz seçiminə əməl etməkdə ixtiyar sahibidir, bakirə qızdan fərqli olaraq, subay oğlanın evlilik zamanı atadan icazə alması lazım deyil. Bununla belə, valideynlərin razılığını və xeyir-duasını almaq da faydalıdır. Əgər oğlanın valideynləri onun dul qadınla evlənməsinə razı deyillərsə, oğlan onlarla danışmalı, öz seçiminin doğru olmasına onları inandırmağa çalışmalıdır. Valideynin razılığı ilə qurulan ailə daha xoşbəxt və bərəkətli olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.