Maraqlı

Leonardo Di Kaprio yardım fondu qurur

3 Aprel 2020 17:54
0 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun ''Oscar'' mükafatçısı olan aktyoru Leonardo Di Kaprio koronavirusdan zərər çəkənlər üçün dərnək quracaq.

Milli.Az ''ölkə.az''a istinadən xəbər verir ki, aktyorun qurduğu yardım fondu az gəlirli ailələr, yaşlılar, koronavirus səbəbi ilə aldığı məvacibi azalan insanlar və məktəbdən yardım alan uşaqlar üçün nəzərdə tutulub.

Fondun yeni açılmasına baxmayaraq artıq 12 milyon dollar ianə toplayıb. Fond ''World central kitchen'' adlı yardım dərnəyi ilə şərik fəaliyyət göstərəcək. Di Kaprionun fonduna pul köçürənlər arasında məşhur ''Apple'' və ''Ford'' şirkətləri də yer alıb. Beləliklə Amerika qida fondunun qurucularından biri olan aktyor Di Kaprio dərnəyə maddi yardım göstərən hər kəsə təşəkkür edərək, yoxsul ailələrə daim yardım edəcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.