Maraqlı

"Qumarda gedən evlər, villalar..." - Sərdarla Demet arasında qalmaqal

3 Aprel 2020 15:04
1 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Sərdar Ortaç sosial media hesabında yazdığı sözlərə görə Demet Akalının qəzəbinə tuş gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "İndi daha çox ayaqqabın olsa, daha çox çantan, minlərlə pencəyin, xərcləyib bitirə bilməyəcək qədər pulun... Hara gedəcəksən? Harada geyinəcəksən" deyə, bildirib.

D.Akalın isə ona sərt cavab verib.

"Kim virus çıxacağını bilirdi ki? Nə mənasız sözlərdir. Evləri, böyük çantası yoxdur... Hər kəs büdcəsinə görə ev alır. İndi demaqoqluq etməyin vaxtıdır? Qumarda gedən evlər, villalar... Zamanında virus yox idi. Boş-boş danışmayın" deyə, müğənni söyləyib.

S.Ortaç daha sonra İnstaqram "Story"də video paylaşaraq sözləri yazarkən özünü nəzərdə tutduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.