Maraqlı

112 yaşlı kişi Ginnesin rekordlar kitabına düşüb

1 Aprel 2020 08:33
0 Şərh     Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 29-da 112-ci ad gününü qeyd edən britaniyalı Robert Ueyton dünyanın ən yaşlı kişisi kimi tanınaraq Ginnesin rekordlar kitabına düşüb.

Trend-in TASS-a istindan verdiyi məlumata görə, bu barədə Ginnesin rekordlar kitabınln saytında deyilir.

Robert Ueytonun üç övladı, 10 nəvəsi və 25 naticəsi var. Britaniyada yeni növ koronavirusun yayılmasının qarşısını almağa dair qaydalara uyğun olaraq, Ginnesin rekordlar kitabının nümayəndəsi adətən olduğu kimi Robertlə şəxsən görüşə bilməyib. Əlamətdar hadisəni qeyd etmək üçün bütün təbriklər təhlükəsiz məsafədən edilib.

Dünyanın ən yaşlı xanımı isə 116 yaşlı yaponiyalı Kane Tanakadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.