Maraqlı

Koronavirusdan sağalan gənc şənlik keçirdi - Yenidən yoluxdu

29 Mart 2020 20:40
0 Şərh     Baxış: 2 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Ravalpindi şəhərində koronavirus xəstəliyinə qalib gələn şəxs yenidən virusa yoluxub.

Milli.Az xəbər verir ki, iki həftə COVID-19 virusundan müalicə alan şəxs tam sağalaraq evə buraxılıb. Bu qələbəni qeyd etmək qərarına gələn gənc evində qonaqlıq təşkil edib.  

Şənlikdən bir neçə gün sonra gənc qəflətən özünü pis hiss edib. Həkimə müraciət edən gəncin koronavirus testləri pozitiv çıxıb. O, yenidən ikinci dəfə bu xəstəliyə yoluxub.

Hazırda aidiyyatı qurumlar şənlikdə iştirak edən digər şəxslərin saxlanılaraq, karantinə yerləşdirilməsinə çalışırlar. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.