Maraqlı

Həqiqi tövbə necə olmalıdır?

31 Mart 2020 19:40
0 Şərh     Baxış: 15 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həqiqi tövbə təkcə dildə, ürəkdə deyilən tövbə deyildir. Həqiqi tövbə - əməldə olan tövbədir. Yəni, insan günahın qoyub getdiyi ziyanları aradan qaldırar və onu əməldə təkrar etməməyə səy göstərər. (Tebyan)

Qurani-Kərim tövbə haqqında danışan zaman buyurur: "De: "Ey, Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". ("Zumər" 53).

Tövbə də başqa dini məsələlər - iman, təqva kimi mərhələlərə malikdir. Onun xüsusi bir mərhələsi vardır ki, ona nəsuh tövbəsi deyərlər. İmam Əli (ə) bu hadqa buyurur: "Nəsuh - yəni qəlb peşmançılığı, dil üzr istəməsi, günahı tərk etməkdə ciddi əzm və davamlılıq göstərməkdir".

İmam Sadiq (ə) buyurur: "O, elə bir tövbədir ki, günahı yerinə yetirən bu tövbədən sonra heç bir zaman həmin günaha geri qayıtmır".

Günah - zəhərli bir xəstəlik kimidir. Günahkar insan öz taleyini məhv edər və özünü həlakətə tərəf sürükləyər. Ona görə də onun üçün tövbə etməkdən daha zəruri bir iş yoxdur. Günah insanı Allahdan uzaqlaşdırar və İlahi feyzdən məhrum edər.

Allah Təala Quranın bir çox ayələrində insanları tövbə etməyə dəvət etmişdir. Məsələn: "Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

İmam Cəfər Sadiq (ə) tövbəni təxirə salmaq haqqında buyurur: "Tövbəni təxirə salmaq - qürur və aldanmanın bir növüdür".

Tövbə - Allahın biz insanlara verdiyi ən böyük nemətlərdəndir. Əgər Allahın bu rəhməti olmasaydı, heç bir günahkar bağışlanmazdı. İnsanın tövbə etmək istəməsi belə, Allahın ona diqqət etməsinin nəticəsidir. "Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır". ("Tövbə" 118).

Bu ayədən belə nəticə çıxartmaq olar ki, əvvəl bu xeyir işin tövfiqini Allah insana inayət edər ki, bəndəsi tövbə etməyə qadir olsun və günahdan qayıtsın. Sonra bəndə tövbə edər və əgər müvəffəq olarsa, günahların çirkinliyindən təmizlənər. Bu zaman ikinci dəfə Allahın rəhmətinə şamil olar.

Bəli, tövbə insanı İlahi əzabdan xilas edər. "Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir". ("Ənfal" 33).

İnsan ola bilər ki, bəzən yolunu azsın. Mühüm olanı - geri qayıdıb, Sirat yoluna yenidən qədəm basmaqdır. Tövbədə zəruri olan amillərdən ən mühüm olanı - peşmançılıq və həmin günaha geri qayıtmamaq üçün ciddi qərar verməkdir. Əgər insan həqiqətən də peşman olub, həmin günaha geri qayıtmamaq üçün ciddi qərara gələrsə - o zaman tövbəsi həqiqi olar və Allah da bu tövbəni qəbul edər.

Həqiqi tövbənin gətirdiyi səmərələr:

- Günahların bağışlanması.

- İlahi nemətlə dolu olan behiştə daxil olmaq.

- Pərdələrin kənara çəkildiyi gündə rüsvay olmamaq.

- İnsanın Allaha olan diqqəti artar və İlahi dərgaha üz tutar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.