Maraqlı

Allahın Rəsulu vitr namazında neçə dəfə istiğfar edərdi?

31 Mart 2020 21:10
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təqva əhlinin hansı xüsusiyyətləri var? Ümumi nəzərə görə, təqvalı insanların xüsusiyyətləri bunlardır:

- Çətinlik qarşısında səbir edərlər.

- Rəftar və danışıqlarında sadiqdirlər.

- Allahın onlara verdiyi ruzidən infaq edərlər.

- Vacibatları yerinə yetirən zaman mütidirlər və təkəbbürdən uzaqdırlar.

- Gecəni oyaq qalar və ibadətlə, bağışlanma istəməklə məşğul olarlar.

İmam Sadiq (ə) buyurur: "Səhər çağı istiğfar dedikdə, məqsəd - o vaxt qılınan namazdır".

Əbu Bəsir, İmam Sadiqdən (ə) "səhərlər bağışlanma diləyənlərdirlər" ("Ali-İmran" 17) barəsində soruşur.

Həzrət İmam Sadiq (ə) buyurur: "Allahın Rəsulu (s) vitr namazında 70 dəfə istiğfar edərdi". (Beytutə)

""Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru" deyən kəslər həmin səbirlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər". ("Ali-İmran" 16-17).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.