Maraqlı

Avropanın müdhiş anti-sanitariyası: Borulardan çirkli su birbaşa küçəyə axıdılırdı... - FOTO

22 Mart 2020 11:49
10 Şərh     Baxış: 2 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta Əsrlərdən danışılarkən, ağılımıza ilk olaraq dəbdəbəli geyimli xanımlar, onların nəcib kavalyerləri, saraylarda möhtəşəm tədbirlər və s. gəlir. Hətta bəziləri heyfslənirlər ki, o gözəl vaxtlarda doğulmayıblar. Bütün bu parlaq güləbətinin alt qatında müdhiş anti-sanitariya hökm sürürdü. Demək olar ki, 19-cu əsrə qədər davam edən dəhşətli anti-sanitariyanı, üfunəti müxtəlif ətirlərlə ört-basdır etməyə çalışırdılar. Qəribədir, amma gigiyena qaydalarının gözlənilməməsinə səbəb Katolik Kilsəsi idi.

Antik dünyada özünə qulluq daim xüsusi yer alıb, lakin Romada xristianlığın gəlişindən sonra, kilsə bütün hamamları dərhal ləğv edir. Romada o zaman 100-dən çox ictimai hamam bağlanır. Dindarlar bunu belə izah edirdilər ki, hamda çılpaq olmaq günahdır, həm də odun o vaxtlar çox baha idi.

Milli.Az orta əsrlərdə gigiyena qaydalarına necə riayət olunduğunu əks etdirən qısa arayışı oxuculara təqdim edir.

Əgər cəmiyyətin ali təbəqəsi 15-16-ci əsrlərdə heç olmasa 2-3 ayda bir dəfə çimirdisə, 18-ci əsrdə çimməyi, ümumiyyətlə, yadırğadılar. XIV Lyudovik barədə tarixə şok faktlar məlumdur: kral ömründə cəmisi 1-2 dəfə çimib, bu da həkimlərin təkidi ilə. Bu prosedur kralın o dərəcədə xoşuna gəlmir ki, o, ümumiyyətlə hər hansı su prosedurlarını qəbul etməkdən qəti imtina edir.

Tualetlərin olmaması qətiyyən heç kimi narahat etmirdi. Hətta Versal sarayında belə heç bir kanalizasiyalı ayaqyolu yerləri yox idi. Bunun üçün uzun dəhlizlər nəzərdə tutulmuşdu, hamı təbii ehtiyaclarından orada azad olurdu. Hətta bugün belə sarayın bəzi yerlərində divarın dərinliyinə hopmuş üfunətli qoxunu hiss etmək mümkündür.

Məhz o dövrdə ətirlər xüsusi populyarlıq qazandılar. Sərt qoxusu olan ətirlər insan bədənindən gələn üfunəti kəsmək üçün istifadə olunurdu.

Dövrün daha bir ixtirası enliətək şlyapalar idi. Bu, heç də modapərəstlik anlamına gəlmirdi, əksinə özünü qoruma, çətir funksiyası daşıyırdı. Çünki bir çox evlərdə kanalizasiya olmadığından nəcis dolu dibçəyin (qorşok) içindəkilərini gecə açıq pəncərələrdən aşağı atırdılar. Bəzi evlərdə isə kanalizasiya boruları var idi, lakin bu borulardan çirkli su xüsusi quyuya deyil, birbaşa küçəyə axıdılırdı.

19-cu əsrdə xalqı zorla çimməyə məcbur etməyə başladılar. Doktor F.E.Biltsin o dövrü tərənnüm edən tibb üzrə dərsliyində cəmiyyətin çimməyə münasibəti əks olunub: "İnsanlar var idi ki, sözün düzü, çayda və ya vannada çimməyə cəsarət etmirdilər, çünki uşaqlıqdan heç vaxt suya girməmişdilər".

Zaur Həsənəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.