Maraqlı

Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb

20 Mart 2020 23:45
0 Şərh     Baxış: 6 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən Downdetector xidmətinin saytında məlumat verilib

Nasazlıqlar ABŞ-ın şərq sahilləri vaxtı ilə saat 14:48-də müşahidə olunmağa başlayıb. Ən çox şikayətlər ABŞ (xüsusən Florida ştatında), eləcə də Mərkəzi Amerikada yaşayan istifadəçilərdən gəlir.

Avropalı istifadəçilər də bəzi nasazlıqlar barədə bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.