Maraqlı

Dünyanın ən nüfuzlu moda gecəsi təxirə salındı

18 Mart 2020 16:25
1 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il Nyu-Yorkdakı "Metropolitan" İncəsənət Mərkəzində təşkil olunan nüfuzlu "MET Gala" gecəsi təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə təşkilatçılar şounun ləğv olunmayacağını açıqlasalar da, sonradan koronavirusun geniş vüsət aldığını bildirərək tədbirə hazırlıqları dayandırıblar.

Qeyd olunub ki, 4 mayda keçirilməsi nəzərdə tutulan gecə qeyri-müəyyən vaxta təyin olunub.

Xatırladaq ki, "MET Gala"nın bu ilki bilet qiymətləri 35 min dollardan başlayıb. Gecənin bu dəfəki əsas mövzusu moda və zamandır və iştirakçılara sözügedən "dresscode" şərt qoyulub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.