Maraqlı

Daha bir aktrisa koronavirusa yoluxdu - "Ölkəmiz çox geridə qalıb" - FOTO

17 Mart 2020 21:22
0 Şərh     Baxış: 9 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir aktrisa koronavirusa yoluxub.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, "Frozen" animasiyasının aktrisası Raçel Metyusun ( Rachel Matthews ) xəstəliklə bağlı analiz nəticələri müsbət çıxıb.

Bu barədə məlumatı amerikalı aktrisa özü şəxsi Instagram hesabından verib. O, bildirib ki, onda COVID-19 koronavirusu aşkarlandığına görə hazırda karantində saxlanılır.

"Hey, dostlar, məndə COVID-19 aşkarlanıb. Bu səbəbdən də ötən həftədən karantində saxlanılıram. Bundan sonra nə baş verəcəyini bilmirəm, amma, növbəti qərara qədər burada qalmalıyam.

Ölkəmiz geridə qalıb və sistemsizdir. Mən burada çoxlu maye qəbul edirəm və dincəlirəm", - 26 yaşlı Raçel qeyd edib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 194490 nəfər yoluxub. 7893 nəfər bu virusdan ölüb, 81085 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.