Maraqlı

Ötən ilin ən pis filmi və aktyorları açıqlandı

17 Mart 2020 20:26
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin ən pis filmi açıqlanıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, hər il ən pis film, eləcə də rejissor, aktyor və aktrisa işlərini müəyyən edən Amerikanın "Qızıl moruq" antimükafatı təşkilatçıları "Pişiklər" musiqili filmini 2019-cu ilin "Ən pis filmi" adlandırıblar.

Həmin filmi çəkən Tom Xuper isə 2019-cu ilin "Ən pis rejissoru" nominasiyasında qalib olub.

2019-cu ilin "Ən pis aktrisası" nominasiyasında "Qızıl moruğu" "Şeron Teytin ruhları" filmindəki roluna görə Hilari Daff, "Ən pis aktyor" olaraq isə Con Travolta qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.