Maraqlı

Almaniyalı ekspertlər koronavirusla əlaqədar uşaqları nənə və babalarından uzaq tutmağı tövsiyə edirlər

15 Mart 2020 19:05
0 Şərh     Baxış: 2 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyalı ekspertlər koronavirusla əlaqədar uşaqlı ailələrə müəyyən tövsiyə xarakterli məlumatlar paylaşıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspertlər valideynlərə uşaqlarını nənə və babalarından uzaq tutmağı məsləhət görürlər. Tövsiyə bununla əsaslandırılır ki, nənə və babaların əsasən 60 yaşdan yuxarı olduqları üçün onlar virusa yoluxma ehtimalı yüksək olan risk qrupuna aid edilirlər. Ailə məsləhətçiləri yaranmış vəziyyətlə əlaqədar valideynlərin nənə və babalarla bu haqda danışıq aparmalarını və uşaqları onlardan uzaq tutmalarını tövsiyə edirlər. Almaniyada artıq bu sahədə işlər görülməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.