Maraqlı

Toyota 5,7-litrlik V8 mühərrikini istefaya göndərir

21 Mart 2020 09:30
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı avtosevərlər, Amerikadakı həmkarları kimi iri həcmi mühərrikləri və qabaritləri olan ofrouderləri çox sevirlər. Buna misal kimi, küçələrimizdə şütüyən Toyota LC 200 və Lexus LX 570 modellərini göstərmək olar. Qabaritləri yük maşınından bir qədər kiçik olan LX 570 modelinin 5,7-litrlik V8 mühərriki istənilən azərbaycanlının ağlını başından almaq iqtidarındadır. Hətta, yanacaq sərfiyyatı göstəricisi və parkinq problemləri də bu sevgini məhv etmək gücündə deyil.

I-Force adlandırılmiş səkkizsilindrli mühərrik minilliyin başlanğıcında Toyota Tundra pikapı ilə birlikdə debüt edib. 4,7-litrlik iş həcminə malik olan mühərrik pikapın top versiyalarında quraşdırılırdı. Bu mühərrik tamölçülü Toyota Tundra modelinin kapotu altında da öz yerini tapmışdı.

Pikapın ikinci nəslində bu mühərrikin həcmi 5,7 litrə, gücü isə 383 at qüvvəsinə qədər artmışdı. 3UR-FE zavod işarələməsinə malik olan mühərrik Toyota və Lexus markasının digər iri modellərində - Toyota Land Cruiser və Lexus LX570 bayraqdar ofrouderlərində də təklif edilirdi. Qeyd etmək lazımdır ki, mühərrik öz etibarlılığı ilə yapon markasının pərəstişkarları arasında böyük rəğbət qazanıb.

Lakin, yapon istehsalçısı səkkizsilindrli mühərrikin mənəvi cəhətdən köhnəldiyini etiraf edərək, onun sələfi üzərində işlərə başlayıb. Təsdiq edilməmiş məlumatlara görə, yapon istehsalçısı I-Force Max əmtəə nişanını qeydə almaq üçün ABŞ-ın Patent bürosuna müraciət ünvanlayıb. Böyük ehtimalla, yeni mühərrik yenə də Toyota Tundra modelinin yeni nəsli ilə birlikdə debüt edəcəkdir.

Məlumdur ki, 2021-ci model ilinin Tundra modeli artıq sınaqlardan keçirilir və çox güman ki, ilin sonuna qədər debüt etməlidir. İlkin məlumata görə, yeni pikap iki turbokompressoru olan altısilindrli mühərrik ilə debüt edəcəkdir. Toyota şirkəti əvvəlki kimi pikapın ən bahalı varantını iri həcmli mühərrik ilə təklif etmək niyyətindədir və V8 mühərriki ilə təchiz edilmiş Tundra modeli sonuncu növbədə nümyiş etdiriləcəkdir. Toyota Land Cruiser və Lexus LX modellərinin yeni mühərriklə təchiz ediləcəyi barədə isə, hələlik heç bir məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.