Maraqlı

Cadillac yeni bayraqdarının adını açıqlayıb - FOTO

24 Mart 2020 19:30
0 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcək elektrik modellərinə həsr olunmuş tədbirdə General Motors konserni Caddilac markasının yeni flaqman sedanının adını açıqlayıb - Celestiq.

General Motors konserninin xüsusi  tədbirdə nümayiş etdirdiyi tam ölçülü Cadillac Celestiq bayraqdar sedanı, elektrokarlar üçün nəzərdə tutulmuş modul platformada inşa ediləcək və firma Ultium batareyalar sistemi ilə təchiz olunacaqdır. Yeni sedan liftbekə bənzəyən kuzova və Cadillac markasının ilk elektromobili olacaq Lyriq krossoverinin üslubunda dizayna sahib olacaqdır. Eyni zamanda, sedan daha uzun, daha geniş və daha alçaq olmalıdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, şaquli işıqlandırma və xarakterik barmaqlığı olan ön hissə də, sedanın amerikan markasının mövcud olan krossoverlərinə oxşarlığını təmin etməlidir. GM yeni sedan əl ilə yığmaq və məhdud saylı tirajla buraxmaq niyyətindədir. Cadillac Celestiq modelinin salonunda  ön panel boyu uzanan nəhəng ekranın quraşdırılacağı, interyer tərtibatında isə həqiqi dəri və ağacdan istifadə ediləcəyi bildirilib. Şayiələr görə, elektrokarın qiyməti 200 min dollara yaxın olmalıdır.

Flaqman sedanının debüt tarixi sirr olaraq qalır. Cadillac Lyriq krossoveri isə aprelin 2-də Nyu Yorkda keçiriləcək avtosalonda debüt etməli idi, lakin artıq avtosalonun təxirə salındığı bildirilib. Çox güman ki, ilk Cadillac elektrokarı onlayn olaraq təqdim ediləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.