Maraqlı

Porsche 911 Turbo S "dietaya oturacaq" - FOTO

2 Aprel 2020 19:01
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Porsche 911 Turbo S "dietaya oturacaq" - FOTO

Bir neçə gün bundan əvvəl, Porsche şirkəti 911 ailəsinin ən güclü fərdlərindən biri olan 911 Turbo S sportkarını təqdim edib. 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik oppozit mühərrikinə malik olan sportkar 100 km/saat həddini 2,7 saniyəyə toplayır. Lakin, bu göstərici yaxın zamanlarda daha aşağı ola bilər - özü də at qüvvəsinin hesabına deyil.

Milli.Az autograph.az-a istinadən bildirir ki, "Autocar" nəşrinə müsahibə verən Frank-Şteffen Vallizer şirkətin Porsche 911 Turbo S modelinin yüngülləşdirilmiş variantı üzərində düşündüyünü bildirib. Vallizerin Porsche 718 və 911 modellərinin məhsul xəttinin direktoru vəzifəsində çalışdığını nəzərə alsaq, onun sözlərinə diqqət yetirməyin gərəkli olduğunu söyləmək lazımdır.  Yeni layihə haqqında məlumat verilməsə də, alman istehsalçısının çəkinin azaldılması üçün bütün imkanlarını səfərbər edəcəyindən şübhə etməmək olar.

Bununla belə, Porsche bu sahədə radikal addımlar atmaq fikrində deyil - sportkarı "az qanla" izafi çəkidən məhrum etmək nəzərdə tutulmuşdur. Çox güman ki, "dietanın" ilk qurbanları səs-küy izolyasiyası və arxa oturacaqlar olacaqdır. Şayiələr görə, bənzər opsiya 911 Carrera üçün də təklif ediləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.