Maraqlı

Yer bir zamanlar okean-planet olub - İDDİA

4 Mart 2020 18:59
0 Şərh     Baxış: 7 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

3 milyard il bundan öncə Yer planetində, demək olar ki, quru ərazi mövcud olmayıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, uzun müddət aparılan tədqiqatlardan sonra əldə olunan belə bir nəticə "Nature Geoscience" jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, çox  öncə Yer bütünlüklə okeanlardan ibarət imiş. Belə bir qənaətə isə onlar qədim okean süxurlarını təhlil etdikdən sonra gəliblər.

Lakin tədqiqatçılar əlavə ediblər ki, dünya ərazisinin sudan ibarət olduğunu iddia edərkən bu, o demək deyil ki, ümumiyyətlə, quru ərazilər olmayıb. Çox güman ki, bəzi ərazilərdə okean sularının arasında mikroqitələr də gözə dəymişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.