Maraqlı

“Rusiya ilə qalmaqala görə Ukraynadan qisas aldılar”

28 Fevral 2020 16:57
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Xalq artisti Andrey Danilko (Verka Serdüçka) "Eurovision" mahnı müsabiqəsinin təşkilatçılarını yenidən tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənni "Lux FM"ə açıqlamasında 2018-ci ildə müsabiqənin təşkilat komitəsinin Ukraynanı cəzalandırdığını bildirib.

Buna səbəb Ukrayna ilə Rusiya arasında meydana gələn qalmaqaldır. Belə ki, 2017-ci ildə ev sahibi olan Ukrayna Rusiya təmsilçisi Julia Samoylovanın ölkənin qara siyahısında olduğu üçün yarışmada iştirakına icazə verməmişdi.

Verka Serdüçka bildirib ki, Rusiyanın iştirak etməməsinə görə xeyli pul itirən komitə bir il sonra Ukraynanı cəzalandırıb: "Ukraynanı konkret olaraq cəzalandırdılar: bircə bal da vermədilər. Onlar gəlmədikləri zaman Rusiya ilə qalmaqal yaşandı və yayım olmadı. Bu isə çox pul deməkdir".

Xalq artisti o vaxt ölkəsini təmsil edən Melovinin təhqir və tənqidlərə məruz qaldığını, finalda çıxış edə bilmədiyini qeyd edib: "Ona sakitləşdirici dərman verdim ki, finalda çıxış edə bilsin. Çünki insan həqiqətən stress keçirirdi".

Xatırladaq ki, Melovin tamaşaçılardan 119, münsiflər heyətindən 11 xal toplayaraq 17-ci yeri tutmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.