Maraqlı

Yeni klipinə iki saata 100 mindən çox “dislike” gəldi - FOTO

28 Fevral 2020 12:09
2 Şərh     Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Türkiyənin gənc pop ulduzu Aleyna Tilki "Yalan" adlı klipini təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin rejissoru, mahnının müəllifi Aleynanın özüdür.

Musiqinin aranjimanı isə Ozan Çolakoğluna məxsusdur. "Netd Müzik" yutub platformasında paylaşılan kliplə yanaşı mahnı da sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, müğənninin yeni işi tənqidlərə məruz qalıb.

Hətta dünən iki saata 200 mindən çox baxış toplayan klip yutubda 100 mindən çox insan tərəfindən "dislike" qazanıb.

Aleynanın komandası bunun qarşısını almaq üçün kanalda olan "like" və "dislike" sayını gizlədib.

Hazırda 1 milyon 200 mindən çox baxış toplayan layihədə 19 minə yaxın şərh yazılıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.