Maraqlı

Günahkarı tövbəyə nə vadar edər?

28 Fevral 2020 07:51
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimizin nəzərinə görə, mənfi ilə mübarizə lazımlıdır. Belə ki, hədislərimiz buyurur ki, şərab içənə qız verməyin. Ya sələm yeyənlə münasibətiniz olmasın.

Misal üçün, bir sələm yeyən tacir ilə hamı əlaqəsini kəsərsə və heç kəs onunla alış-veriş etməzsə, o, az müddət ərzində dükanı bağlanar. Əgər insanlar günahkarla yoldaş olmazsa və onunla görüşməzsə, o, naəlac qalıb, günahdan əl çəkəcəkdir.

Şuəyb peyğəmbərə (ə) vəhy olunur ki, sənin ümmətinin 100 min nəfərini həlak edəcəyəm. Onların 40 min nəfəri günahkardır. Filan qədəri yaxşı insanlardır.

Şuəyb (ə) deyir: "Məgər yaxşı insanlar nə ediblər?".

Xitab gəlir: "Ona görə ki, pis insanlar günah edən zaman, bu birilər onlara etinasız qalıb əyləşiblər".

Təbuk döyüşünə gedən zaman 3 nəfər onlarla getmir. Elə ki, müharibədən geri qayıdırlar, Həzrət Peyğəmbər (s) əmr edir ki, həmin şəxslərlə heç kəs danışmasın və evinə getməsin. O üç nəfər ordunu qarşılayanda Peyğəmbərə (s) salam verirlər və Həzrət (s) salamın cavabını verir, ancaq başqa söz demir.

Həmin üç şəxsin xanımlarına xəbər çatır ki, Peyğəmbər (s) belə bir əmr vermişdir. Qadınlar da onlarla söhbət etməyi tərk edirlər. Həyat onlar üçün o qədər ağır olur ki, artıq bu şəhərdə yaşaya bilməyəcəklərini görürlər. Ona görə də səhraya gedirlər və orada ağlayıb, nalə çəkirlər.

Nəhayət, Uca Allah onların tövbəsini qəbul edir və Peyğəmbərə (s) buyurur ki, onların ardınca adam göndərsin və tövbələrinin qəbul olduğunu onlara xəbər versin.

"Və həmçinin ("Təbuk" qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin (s) əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur.

Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır". ("Tövbə" 118).

Ona görə də deyə bilərik ki, mənfi mübarizə həmişə lazımlıdır və nəticə verir. Əgər insan günahkar ilə əlaqəsini kəsərsə, o, mütləq günahını tərk edəcək və tövbə etmək üçün motivlənəcəkdir. Sadəcə, bu zaman hamı prinsipial olmalıdır - onunla əlaqəsini kəsməli və onunla söhbət etməli deyildir. Bu zaman həmin şəxs günahını başa düşər və tövbə edər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.