Maraqlı

Həzrət Məsih (ə) Quranın dili ilə necə tanıdılır?

28 Fevral 2020 21:20
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam dininin nəzərinə görə, İsa Məsih (ə) - Allahın yer üzərinə göndərdiyi peyğəmbərlərdən (ə) biri olmuşdur. Öz qövmünün nicatı üçün məbus olmuş və onları hidayət etməyə çalışmışdır.

Həzrət Məsih (ə) Quranın dili ilə:

1. O, Allahın bəndəsidir. "(Həmin körpə dilə gəlib) dedi: "Həqiqətən mən - Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib"". ("Məryəm" 30).

2. O, Allah məxluqlarındandır. "Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə, Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş tanrılığa dəlalət edirsə, onda gərək onların hər ikisi tanrı olsunlar). ("Ali-İmran" 59).

3. O, Allahın peyğəmbəridir. "Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin ("Allah tanrılıqdan İsanın vücuduna çevrilmişdir" və ya "Tanrı ruh kimi İsanın bədəninə daxil olmuşdur" deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih - Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə ("ol!" kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur".("Nisa" 171).

4. Dünyaya gəlişi möcüzəli olmuşdur. "(Məryəm) dedi: "Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda, mənim necə övladım ola bilər?!"

Dedi: "Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə, ona yalnız "ol" deyir, beləliklə (də həmin şey) dərhal olur"". ("Ali-İmran" 47).

5. O, Allahın kəlməsidir. "(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: "Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun "ol" deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır"". ("Ali-İmran" 45).

Əgər bu ayələrə diqqətlə nəzər salsaq, xristianların irəli sürdüyü üçlik kimi yanlış əqidələrin nə qədər puç olduğunun şahidi olarıq. (İslami saytlara istinadən)

Allah Təala cəmi bəşəriyyəti Özü hidayət etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.