Maraqlı

"Bu lüks fahişəlikdir"

24 Fevral 2020 10:55
0 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin BBC telekanalında yayımlanan "Derbyshire" verilişində açıqlama verən sosial media məşhurları hər gün tanımadıqları insalar tərəfindən seks qarşılığında pul təklifi aldıqlarını bildiriblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Love Island" (Sevgi adası) verilişində iştirak edərək məşhurlaşan Tyne-Lexy Clarson "bu lüks fahişəlikdir" deyir və sözlərinə əlavə edir:

"Mənə belə mesajlar atdıqlarına görə, əminəm ki, İnstagram-da minlərlə gözəl qıza da oxşar mesajlar göndərirlər".
Clarson bildirib ki, ilk belə təklifini 19 yaşında alıb və axşam yeməyi içki qarşılığında 20 min sterlinq təklif ediblər.

"Love Island"da iştirak etdikdən sonra isə Dubaydakı agentliklərdən biri 5 gecə qarşılığında Clarsona 50 min funt-sterlinq təklif edib. 

Təklifi rədd edən Clarson məşhurlaşmaq istəyən qızların belə təklifləri qəbul etmək məcburiyyətində qalacaqlarından narahatdır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.