Maraqlı

Zerrin Özər onu aldadan əri ilə yenidən barışdı

22 Fevral 2020 14:04
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Zerrin Özər cəmi 26 saat evli qalıb daha sonra boşandığı Murad Akıcı ilə görüşməyə davam etdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi barışmağına isə belə aydınlıq gətirib:

"Murad mənim üçün çox qiymətlidir. Sevgimiz qarşılıqlı davam edir. Arada görüşüb, telefonla danışırıq. Münasibətimiz bitməyib. Üçüncü şəxslərin mənə aiddiyyəti yoxdur. Ona çox dəyər verirəm. Son iki ilimin ən xoşbəxt günlərini və saatlarını Muradla keçirmişəm. Buna görə də hələ də görüşürəm".

Qeyd edək ki, cütlüyün toyunun sabahında Murad Akıcının onlarla qadını aldatdığı ortaya çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.