Maraqlı

Qalmaqallı boşanma 2 il sonra yekunlaşdı

19 Fevral 2020 19:24
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli aktyor Berk Oktay və vəkil Merve Şarapçıoğlu arasında iki ildir davam edən qalmaqallı boşanma prosesi yekunlaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, M.Şarapçıoğlu sənətçi haqda "Sədaqətsiz biridir, məni döyür" deyərək məhkəməyə müraciət ünvanlayıb. O, aktyordan 500 min lirə təzminat və aylıq 10 min lirə aliment tələb edib. Lakin Merve məhkəmənin rədd cavabı ilə qarşılaşıb.

Məhkəmədən sonra B.Oktay "Boşandığım üçün xoşbəxyəm, xeyirlisi olsun. Gizlilik qərarı davam etdiyi üçün bundan başqa heç nə deyə bilmərəm" deyə, bildirib.

Qeyd edək ki, cütlüyün boşanma prosesi davam edərkən "icloud" hesabları heklənmiş və onların intim fotoları sosial mediada yayılmışdı. Daha sonra fotoları yayanın M.Şarapçıoğlunun özü olduğu ortaya çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.