Maraqlı

İmam Əlinin (ə) Quranı deyilərkən nə nəzərdə tutulur?

22 Fevral 2020 21:15
0 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini kitablarda bəzən "Əlinin Quranı", "Əlinin müshəfi" ifadəsinə rast gəlinir. Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra onun vəsiyyətinə əsasən, İmam Əli ibn Əbi Talib (ə) tərəfindən toplanıb yığılmış Quran nüsxəsidir. Bəziləri bunun hal-hazırki Qurandan fərqli bir kitab olduğunu düşünürlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, buna əsas verən bəzi hədislər də kitablarda gözə çarpır. Lakin İslam alimlərinin mütləq əksəriyyəti bu mövqeni dəstəkləmir, həmin hədisləri mötəbər saymır. Bu gün əlimizdə olan Quran qətiyyən təhrif edilməyib və Peyğəmbərə (s) nazil olmuş Quranla eynidir. İmam Əlinin (ə) müshəfi ilə müasir Quran arasında bircə dənə də olsa, kəlmə və ya hərf fərqi yoxdur, nə bir kəlmə azaldılıb, nə də bir hərf çoxaldılıb. Yeganə fərq - ayələrin sıra ilə düzülüşündədir. Əli (ə) bütün ayələri Peyğəmbərə nazil olduqları ardıcıllıqla düzmüş, onlara qısa şərh (təfsir) yazmışdı. Hazırki Quranda isə surələr azalan ardıcıllıqla düzülüb, həcmcə iri surələr əvvəldə gəlir, get-gedə surələrin həcmi kiçilir. İmam Əlinin (ə) müshəfi hal-hazırda 12-ci imam Həzrət Mehdidədir (ə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.