Maraqlı

İflic olmuş xanımın möcüzəvi şəfası

22 Fevral 2020 22:10
0 Şərh     Baxış: 1 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük alimlərdən biri şahın dövründə iki oğlunu itirir. Və üstəgəl, xanımı iflic olur. Görmə qabiliyyətini itirmək üzrə olur. Cavanlığını əldən verir və tez şəkildə qocalmağa başlayır. Alim qərara alır ki, xanımını paytaxta aparsın və xəstəxanaların birində yatızdırsın.

Alim deyir: "Mən səhər sübh yuxudan ayıldım və istədim ki, xanımımı Tehrana aparım, ancaq gördüm ki, qalan övladlarım başsız qalacaqdır.

Nigaran oldum və İmam Zaman ağaya (ə.f) təvəssül etdim. Allaha dua etdim ki, İmam Zaman ağanın (ə.f) inayətini bizlərə şamil etsin.

Elə ki, gecə yarısı oldu, gördüm ki, çıraqları yandırdılar və hay-küy salmağa başladılar.

Soruşdum ki, nə olmuşdur?

Qızım dedi ki, atacan, anam yaxşılaşmışdır.

İrəli getdim və gördüm ki, həqiqətən də şəfa tapmışdır. Qocalığı ondan əl çəkmiş və cavanlaşmışdır. Gözləri də görməyə başlamışdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra xanım olanları mənə danışdı və dedi: "Otaqda tək idim və gördüm ki, anidən otaq aydınlandı. İmam Zaman ağa (ə.f) nurlu üzünü mənə tutub buyurdu: "Ayağa qalx bir şərtlə ki, bir daha hövsələsizlik etməyəsən".

Ayağa qalxdım və mən onun ardınca getməyə başladım. Başa düşdüm ki, şəfa tapmışam"".

Ona görə də heç kəs gərək ümidini itirməsin, çünki bizim Ağamız vardır. Hər bir çətinlikdə ona təvəssül edə bilərik, bunu unutmayaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.