Maraqlı

Qureyş kafirləri və Qurani-Kərimin bəyan qüdrəti

22 Fevral 2020 19:20
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Utbə ibni Rəbih, Qureyşin böyüklərindən idi. O gün ki, Həzrət Həmzə İslamı qəbul edir, Qureyş qəmə batır. Kafirlər qorxdular ki, İslam dini daha da genişlənəcək. Utbə deyirdi: "Mən Muhəmmədə (s) tərəf gedirəm və ona bir şeyi məsləhət görəcəyəm. Ola bilsin ki, o, qəbul etsin. Yeni dindən əl çəksin".

İnsanlar onunla razı oldular. O, ayağa qalxdı və məscidə getdi. Həzrət Peyğəmbər (s) orada idi. Ona təklif et ki, Məkkənin rəhbərliyini ona versin. İxtiyarında çoxlu sərvət qoyulsun. Təki, dəvətindən əl çəksin. O, sözlərini bitirən zaman Həzrət (s) buyurdu: "Sözlərini bitirdinmi?".

Dedi: "Bəli".

Həzrət (s) buyurdu: "Bu ayəyə qulaq as ki, sənin bütün suallarının cavabı oradadır:

"Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu Kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu Kitabın "möhkəm", həmçinin bu cür "mütəşabih" ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir).

(Bu surə və bu kitab boynunda şər'i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Qur'an halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.

(İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qur'andır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər". ("Fussilət" 1-4)...".

Həzrət Peyğəmbər (s) 37-ci ayəyə çatan zaman səcdə etdi və sonra üzünü Utbəyə tutub buyurdu: "Ey Əba Vəlid! Allahın müraciətini eşitdin?".

O, bir söz deyə bilmədi və Qureyşə tərəf getdi.

Qureyşlilər dedi: "Utəbənin halı gedən zaman belə deyildi". Soruşdular ki, nə görmüsən?

Dedi: "Allaha and olsun ki, Muhəmməddən (s) elə sözlər eşitdim ki, indiyə qədər heç kəsdən eşitməmişdim. Ey Qureyş xalqı! Sizə məsləhət edirəm ki, onu öz halına buraxasınız. Əgər qələbə çalsa, sizin üçün iftixar olar. Siz də ondan bəhrə apararsınız. Əgər məşğlub olsa və başqaları onu öldürsə, siz rahat olarsınız".

Qureyşlilər dedi: "Ey Əba Vəlid! Muhəmmədin (s) sözləri səni sehrləmişdir (nəuzbillah!)".

O, dedi: "Bu, mənim fikrimdir, özünüz ixtiyar sahibisiniz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.