Maraqlı

Behişt ancaq kişilər üçündür?

22 Fevral 2020 21:40
0 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri iddia edirlər ki, behişt ancaq kişilərə aiddir. Bu, belədirmi?

Quran ayələrindən və hədislərdən belə qənaətə gəlmək olur ki, behişt həm kişilərə, həm qadınlara aiddir. "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin". ("Ali-İmran" 133).

Allah Təala adil olduğu üçün behişt nemətlərinin paylanmasında kişi və qadına bərabər gözlə baxır. Kişi ilə qadın arasında heç bir fərq qoymur.

Əgər insan mömindirsə və saleh əməllər yerinə yetirirsə, axirətdə mükafatını alacaqdır - istər kişi olsun, istərsə də qadın. Təkamül yolunu gedən bir insan mükafata layiqlidir.

Həzrət Zəhra (s.ə) insanlığın ən ali məqamına çatmışdı. Həzrət Məryəm (s.ə), Həzrət Xədicə (s.ə), Asiya kimi qadınlar kamala çatmaq yolunda heç də kişilərdən geri qalmamışdılar.

Ona görə də deyə bilərik ki, behişt ancaq təvqa əhlinin və kamala çatan insanların yeridir. Burada cins, irq və millət fərqi yoxdur.

Qüdsi hədisdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Allah Təaladan nəql edir ki, buyurur: "Saleh əməl sahibi olan bəndələrim üçün nemətlər hazır etmişəm ki, indiyə qədər heç bir göz onu görməmişdir. Heç bir qulaq onu eşitməmişdir və heç bir qəlbə nüfuz etməmişdir".

iBeləliklə, deyə bilərik ki, behişt mömin kişilərin mükafatı olduğu kimi, möminə qadınların da mükafatıdır. Behiştə kimin düşəcəyi ancaq əməl və imanından asılıdır. İstər qadın olsun, istərsə də kişi. Onların arasında heç bir fərq yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.