Maraqlı

Şeytan (lən) niyə yaradılmışdır?

22 Fevral 2020 22:50
2 Şərh     Baxış: 2 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah Təala niyə şeytanı (lən) yaratmışdır ki, o da insanı günaha batırır? Əgər şeytan olmasaydı, insanlar tamam günahsız olar və şeytanın şərindən uzaq olardılarmı?

Bu sualın cavabında deyə bilərik ki, birincisi, Allah Təala şeytanı, şeytan olsun deyə yaratmamışdır. Onu cin yaratmış və hətta ibadətinə görə mələklərdən də uca olmuşdu. Şeytan (lən) öz iradəsi ilə Allaha qarşı çıxır və Adəmə (ə) səcdə etməkdən imtina edir. Ona görə də İlahi rəhmətdən qovulur.

İkincisi, Allah insanı şeytan qarşısında təkbaşına buraxmamışdır. Ona həm xarici və həm də daxili peyğəmbərlər göndərmişdir ki, şeytanın tələlərini tanıya bilsinlər və ondan uzaq olsunlar. İnsan da həm sünnət və həm də ağlı sayəsində şeytanın tələlərini tanımağa başlayar.

Üçüncüsü isə şeytanın olması - əslində insan üçün bir nemətdir. Çünki şeytan, insanı hərəkət etmək üçün təhrik edir və faktiki olaraq, təkamül yoluna çıxardır.

Əgər insan şeytanla mübarizəyə qalxarsa, o zaman ruhu mənəvi təkamülə çatar və Sirat yoluna qədəm basar.

Başqa bir tərəfdən isə Allah insanları şeytan vasitəsilə imtahana çəkər və əgər bu imtahandan keçə bilərsə, o zaman kamala çatar. Əks halda - şeytanın qulu olar.

"Məgər insanlar "İman gətirdik" - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!". ("Ənkəbut" 2).

İnsan imtahan olunan zaman ya heyvani hisslərinin ardıcılı olar, ya da Allah və onun davamçılarının. Adətən imanları zəif olanlar şeytanın yolu ilə gedər və ona təslim olarlar. (Həvzəh)

"(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyil etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar". ("Ənam" 113).

Allah Təala bizləri lənətlik şeytanın şərindən Özü amanda saxlasın!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.