Maraqlı

Britni Spirs 26 yaşlı fitnes müəlliminə ərə gedir - FOTO

19 Fevral 2020 11:17
1 Şərh     Baxış: 1 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli müğənni Britni Spirs 26 yaşlı fitnes müəllimi və model Sem Asqariyə ərə getməyə hazırlaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Bunu jurnalistlərə açıqlamasında 38 yaşlı ifaçının sevgilisi özü deyib. Asqarinin sözlərinə görə, o, münasibətlərin mənasını evlilikdə görür.

Cütlük 2016-cı ildən bərabərdir.

Daha əvvəl Britni Spirs iki dəfə ailəli olub. O, 2004-cü ildə uşaqlıq dostu Ceyson Aleksandrla nikaha girib. Onların rəsmi münasibəti cəmi 55 saat çəkib. Elə həmin il o, rəqqas və reper Kevin Federlayna ərə gedib. Onun bu evlilikdən iki oğlan övladı dünyaya gəlib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.