Maraqlı

Czinger Cenevrədə yeni hiperkarla debüt edəcək - FOTO

22 Fevral 2020 19:30
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə qurulan Czinger Vehciles şirkəti Cenevrə avtosalonunda 21C hiperkarını nümayiş etdirəcəkdir. Hiperkar bir-birinin ardınca quraşdırılmış oturacaqlara, "əfsanəvi dizaynın və qabaqcıl texnologiyaların vəhdətini", həmçinin 3D printerdə çap olunan komponentləri əldə edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Czinger Vehicles startapının qurucusu Kevin Zinger, 21C hiperkarının "avtomobillərin dizaynı, inkişafı, mühəndisliyi və istehsalında paradiqma dəyişikliyinin" bir nümunəsi olduğundan əmindir. Böyük ehtimalla, bu additiv texnologiyaların istifadəsi ilə əlaqədardır, çünki Zinger eyni zamanda, metalın 3D çapı sahəsində ixtisaslaşan və Kaliforniyada fəaliyyət göstərən Divergent 3D şirkətinin baş icraçı direktorudır. 2017-ci ildə şirkət alüminiumdan hazırlanmış şassi və gövdəsi olan Blade prototipini nümayiş etdirib. Qeyd etmək gərəkdir ki, 3D çapı ilə yaradılan komponentlər adilərindən 10-15% daha yüngül olur.

Czinger 21C kupesi Divergent Blade prototipində əksini tapmış ideyalarını inkişaf etdirir və ən azından kiçik seriya ilə buraxılmaq şansına sahibdir. Avtomobiinl startap tərəfindən yaradılmış hibrid güc qurğusu ilə təchiz olunduğu bilinir. Onun salonunda yalnız iki oturacaq var və onlar bir-birinin ardınca yerləşirlər.

Mitsubishi Lancer Evolution X modelindən alınmış turbomühərriklə hərəkətə gələn yeni hiperkar, Blade modelindən daha güclü olmalıdır, AMS atelyesinin mütəxəssisləri mühərrikin iş həcmini 2,0-dən 2,4 litrə qədər artıraraq, onun hasilatını 730 at qüvvəsinə qədər qaldırıblar.

Divergent 3D texnologiyasının əsas xüsusiyyəti, şassini əsası kimi 3D printerdə çap edilmiş və bir-birinə karbon "çubuqları" ilə bağlanan güc birləşmələrinin istifadəsidir.

Forma və yeri xüsusi kompüter alqoritmi ilə seçilən metal panellər strukturun sərtliyini gücləndirir. "Çap edilmiş" alüminiumdan istifadə avtomobilin çəkisini əhəmiyyətli dərəcədə azalda bilər: məsələn, Blade cəmi 630 kiloqram ağırlığındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.