Maraqlı

Red Bull Racing yeni bolidini trekə çıxarıb - FOTO

25 Fevral 2020 22:01
0 Şərh     Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Red Bull komandası 2020-ci ildə istifadə edəcəyi RB16 indeksli bolidini təqdim edib. "Qırmızı öküzlər" keçən il Honda ilə ilk mövsümlərini keçirsələr də, 3 qələbə qazana bilmişdilər. Bu il isə hədəf çempionluqdur.

Komanda əvvəlki illərdə təqdimatı gec edərək üstünlük qazanmağa çalışırdı, amma belə olan halda mövsümöncəsi qış testlərində problemlərlə üzləşirdilər. Buna görə də mövsümün ilk yarışlarında çoxlu xal itirirdilər.

Yeni bolid artıq reklam çarxının çəilişlərində iştirak da edib. Maks Ferstappen yeni RB16 ilə Silverstounda bir neçə dövrə vurub. Qeyd etmək lazımdır ki, yeni bolid keçən ilki livreya ilə trekə çıxıb. Xatırlaradaq ki, keçən il Red Bull qış testlərində xüsusi livreyaya boyamış avtomobili istifadə etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.