Həzrət Peyğəmbər (s) dinimizin həkimi olduğu üçün, hafizəni gücləndirməyin yollarını bizə hədislər vasitəsilə öyrətmişdir. Bu hədislər ilə tanış olaq.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Üç şey unutqanlığı aradan aparır və hafizə gətirir: Quran tilavəti, (dişləri) misvak etmək və oruc tutmaq".
Peyğəmbərimiz (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli! Üç şey hafizəni gücləndirər: kündür, misvak etmək və Quran tilavət etmək".
"Həcamət (qan aldırma) ağlı artırar və hafizəni gücləndirər".
"Acqarına edilən həcamət daha faydalıdır. Həcamət ağlı artırar, hafizəni gücləndirər".
"Hər kim acqarına kişmiş yeməyi davamlı edərsə, dərk, hafizə və zehin onun ruzisi olar və bəlğəmi azalar".
"Heyva yeyin, çünki zehni gücləndirər".
"Kündür yeyin. Çünki ağlı artırar və zehni zəkalı edər".
"Hər kim hafizə istəyirsə, bal yesin".
"On şey unutqanlıq yaradar: pendir yemək, siçanın yediyi yeməyin artığını yemək, turş alma və keşniş yemək, iki qadın arasında yol getmək, başın arxasında həcamət etmək, dara çəkilən insana baxmaq, yatanı oyatmaq, qəbirlərin üzərindəki daşların yazısını oxumaq".
"Nə zaman eşitdiklərini yadında saxlamaq istəyirsən, namazdan sonra bu duanı oxu:
"Pakdır o Allah ki, öz məmləkətinin əhlinə zülm etməz.
Pakdır o Allah ki, yer əhlini müxtəlif əzablarla əzab etməz.
Pakdır o Allah ki, Rauf Rəhimdir.
Allahım, mənim qəlbimdə nur, dərk, elm qərar ver.
Sən hər şeyə qadirsən"".
Milli.Az