Maraqlı

Bentley Continental GT "krossoveri" barədə məlumat verib - FOTO

15 Fevral 2020 23:58
0 Şərh     Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bentley şirkəti yolsuzluqda istifadə üçün nəzərdə tutulmuş Continental GT kupesi ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Avtomobil Avstriyanın Zell-am-See şəhərində keçiriləcək GP Ice Race yarışlarında iştirak edəcək və onu məşhur britaniyalı yarışçı Kəti Mənninqs idarə edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, kupeni qış yarışlarına hazırlamaq üçün Bentley şirkəıtinin avtoidman bölməsinin mütəxəssisləri mümkün olan qədər az dəyişiklik etməyə çalışıblar. Dəyişikliklər yanğınsöndürmə sisteminin, yarış kreslolarının və təhlükəsizlik kəmərlərinin quraşdırılması ilə məhdudlaşıb.

Bundan başqa, Continental GT artırılmış klirensə (dəqiq nə qədər olduğu bilinmir), 15 mm genişləndirilmiş təkər izinə, Akrapoviç buraxılış sisteminə və xizəklər üçün bərkitmə nöqtələrinə sahib olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.