Maraqlı

Mazda şirkəti altısilindrli mühərrik və səkkiz pilləli avtomatik transmissiya hazırlayıb - FOTO

15 Fevral 2020 22:01
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mazda şirkəti altısilindrli mühərrikin və 8-pilləli avtomatik transmissiyanın patentlərini qeydiyyatdan keçirib. Sənədlər yerli sertifikatlaşdırma orqanlarına istinadən Yaponiyanın Super.Asurada.com portalı tərəfindən dərc edilib. Patentlər marka mühəndislərinin mühərriki uzunlamasına yerləşən yeni platforma üzərində işlədiklərini təsdiqləyir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Mazda keçən ilin yazında rüblük maliyyə nəticələrini elan edərkən, yanacaq qarışığının sıxılmadan alışması sisteminə malik olan yeni altısilindrli Skycctiv-X mühərrikləri üzərində işləndiyini bəyan etmişdi. O zaman, Mazda, altısilindrli benzin və dizel mühərriklərinin Large Architecture platformasında inşa ediləcək yeni "böyük" modellərdə quraşdırılacağını da bildirmişdi.

Patentdən görünür ki, altısilindrli benzin mühərriki yeni Mazda3 modelində debüt edən dördsilindrli Skyactiv-X mühərrikinin inkişafı olacaqdır. Yəqin ki, yeni güc aqreqatları 8-pilləli avtomatik ötürmələr qutusu və arxa ötürmə ilə birlikdə dördüncü nəsil Mazda6 modelində debüt edəcəkdir.

Large Architecture konsepsiyasının "yumşaq" və qoşulan hibridlərin, eləcə də, tam ötürmənin tətbiq edilməsinə imkan verdiyi məlumdur.

Dörd ay bundan öncə, Mazda şirkətinin Avropa bölməsi 2020-ci ildə "innovativ dizel mühərrikinin" debüt edəcəyini təsdiqləyib. Böyük ehtimalla, söhbnət ağır yanacaqla işləyən dördsilindrli aqreqatdan gedir. Yapon istehsalçısının yol xəritəsinə əsasən, Large Architecture platformasında inşa ediləcək modellər 2025-ci ilə qədər işıq üzü görəcəkdirlər.

Mazda6 modelinin cari nəsli 2012-ci ildə debüt edib. 2015 və 2018-ci illərdə Mazda markasının biznes sedanı iki dəfə restylinqdən keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.