Maraqlı

Çox gözlənilən “Eltilerin Savaşı” türk komediyası “CinemaPlus”da

5 Fevral 2020 17:44
Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus" kinoteatrlar şəbəkəsi çox gözlənilən "Eltilerin Savaşı" komediyasının nümayişinə başlayacaq.

Filmin rejissoru Onur Bilgetay.
Baş rollarda Gupse Özay, Merve Dizdar, Ferit Aktuğ və Uraz Kaygılaroğlu.

"Eltilerin savaşı" filmi iki qaynarvadı olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan balaca çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir.

Bir birilərinin etdiklərindən geri qalmaq istəməyən qaynarvadları özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddər sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştikarçısına çevrilirlər. Sosial media asılılıqları olan Gizem və Sultanın evlilik həyatlarına diqqət çəkən filmdə, iki qaynarvadının yarışından həyat yoldaşları Selim və Fatihin necə təsirləndiklərini görürük.

Film fevralın 6-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.