Maraqlı

"1917" filmi BAFTA mükafatına layiq görülüb

3 Fevral 2020 08:30
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Sem Mendesin "1917" tarixi dramı ən yaxşı film kimi Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "1917" filmində Din-Çarlz Çepmen, Corc Makkey, Deniel Meys, Kolin Fert və Benedikt Kamberbeç oynayıblar.

Bildirilir ki, 9 nominasiyada irəli sürülmüş film ən yaxşı rəssam-quruluşçu işi, ən yaxşı səs, ən yaxşı operator işi, ən yaxşı vizual effektlər nominasiyalarında Böyük Britaniyanın ən yaxşı filmi seçilib. Filmin rejissoru Sem Mendes isə "ən yaxşı rejissor işi" nominasiyasında "Bürünc maska"ya layiq görülüb.

Amerikalı aktyor Hoakin Feniks "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub. 45 yaşlı aktyor bu mükafata Todd Fillipsin rejissorluğu ilə çəkilən "Coker" psixoloji trillerindəki roluna görə layiq görülüb.

"Ən yaxşı daqın rolu" nominasiyasında mükafata amerikalı aktrisa Rene Zellveger Ruper Quldun rejissorluğu ilə çəkilən "Cudi" filmindəki roluna görə layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.