Maraqlı

Yeni nəsil Seat Leon modelinin üzərindəki sirr pərdəsi götürülüb - FOTO

5 Fevral 2020 23:30
0 Şərh     Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq məlum olduğu kimi, bu gün Seat şirkəti Leon modelinin yeni nəslini təqdim etməlidir. Lakin, təqdimata bir gün qalmış cəsuslar model üzərindəki sirr pərdəsini götürüblər. Dünən Instagram sosial şəbəkəsindəki cochespias hesabında yeni modelin baza variantının şəkilləri peyda olub.

Seat Leon modelinin növbəti nəsli adaptiv LED fənərlərə, dinamik dönmə işıqlarına və işıqlanan zolaqla birləşən arxa fənərlərə sahib olacaqıdr. Yeni "işıqlandırma konsepsiyasının" tərkib hissələrindən biri, qapoıların açılması ilə birlikdə proyeksiya ediləcək  "Hola!" (ispan dilindən tərcümədə "Xoş gördük!") sözü ilə qarşılama olacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hetçbekin salonunda iri ekranı olan multimedia sistemini, elektron cihazlar panelini və ətraf işıqlandırmasını görmək olar. Bu işqılandırma nazil zolaq şəklində ön panel və qapılardan keçir. Bu texnologiya Seat şirkətinin Martoreldəki texniki mərkəzinin məhsuludur.

İlkin məlumata görə, Leon modelinin mühərrik çeşidinə 1,0 və 2,0 litr arasında iş həcminə malik olan benzin turbomühərrikləri, həmçinin 2,0-litrlik dizel aqreqatları daxil olacaqdır. Bundan başqa, mühərrik çeşidinə qoşulan və "yumşaq" hibridlərin də əlavə ediləcəyi gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.