Maraqlı

Volkswagen şirkətinin bestselleri sosiska olub - FOTO

5 Fevral 2020 22:01
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen şirkəti keçən il ən çox satılan "modelini" elan edib. Ən maraqlısı odur ki, alman istehsalçısının bestselleri avtomobil deyil, ənənəvi alman karrivurst sosiskası olub. Xatırladaq ki, artıq Volkswagen 47 ildir ki, bu sosiska istehsal edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 2019-cu ildə alman istehsalçısı dünya üzrə səpələnmiş 50 zavodunda 6,2 milyon avtomobil buraxıb. Eyni zamanda, təkcə Volfsburqdakı kolbasa zavodu 6,8 milyon sosiska istehsal edib. Sosiska istehsalının tarixi 1930-cu ildə başlayıb. O zaman, alman istehsalçısı əməkdaşları üçün yemək hazırlamaq qərarına gəlib. Lakin, firma carrywust sosiskası 1973-cü iləd peyda olub. İlk zamanlar sosiskaları əməkdaşlar üçün istehsal etsələr də, sonradan onların zavoddankənar satışlarına başlanıb.

On minlərlə zavod əməkdaşının və yerli əhalinin xoşuna gəlmiş sosiska getdikcə populyarlıq qaảnmağa başlayıb. Nəticədə karrivusrtu bir neçə ölkəyə ixrac etməyə başlayıblar. Firma kolbasaları Volkswagen şirkətinin tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən də, ona hər bir avtoimobil ehtiyat hissəsi kimi kataloq nömrəsi də veriblər - 199 398 500 A.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.