Maraqlı

Alov qüllələrində təəccübləndirən "mənzərə" - Qumbara, silah, saman kisələri və əsgərlər.... - VİDEO - FOTO

30 Yanvar 2020 11:14
1 Şərh     Baxış: 4 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "Alov qüllələri" binasında yerləşən "Park cinema"da "1917" filminin premyerası baş tutub.

Milli.Az xəbər verir ki, kinoteatr filmin təqdimatına xüsusi hazırlaşıb. Qeyri-adi şəkildə dekorasiya edilən kinoteatrda 1917-ci il və müharibə dövrü ab-havası yaradılıb.

Kinoteatrın girişindən təqdimat mərasiminin keçirildiyi yerə qədər hər tərəfə arasında qumbaralar olan saman kisələri düzülüb, qapıda mühafizəçi əvəzinə əsgər forması geyinmiş aktyorlar dayanıb.

Filmin təqdimatı kinonun adına uyğun olaraq saat 19:17-də başlayıb. Hətta dəvətnamələr də dekorasiyaya uğunlaşdırılaraq üzərinə "çağırış vərəqəsi" sözləri yazılıb.

Təqdimat zamanı furşet də özünəməxsusluğu ilə seçilib. Belə ki, bu dəfə hər zamankından fərqli olaraq qonaqlara əsgər qabında, əsgər yeməyi ( qarabaşaq və ət ) verilib. Bundan əlavə dəvətlilərə energetik içkilər və viski də ismarlanıb.

Qonaqlar hərbi vertolyot maketi, əlində silah dayanmış "əsgər" və 1917 filminin posteri qarşısında şəkillər çəkdirdikdən sonra filmi izləyiblər.

Film I Dünya müharibəsində baş verənlərdən bəhs edir. Filmin rejissoru Sam Mendesdir. Kinonun çəkilişi üçün 100 milyon dollar xərclənib.

IMdb xalı 8-dən yuxarı olan filmi "Google" istifadəçilərinin 91 faizi bəyənib. Ekran işinin baş rollarına Dean-Charles Chapman, George MacKay və Daniel Mays çəkilib.

Kinoya bu gündən etibarən "Park Cinema" kinoteatrlarında baxmaq mümkündür.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.