Maraqlı

Biznesmenlə evlənən cazibədar modelin tələbi ölkəni qarışdırdı - FOTO

29 Yanvar 2020 16:19
0 Şərh     Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 yaşlı israilli məşhur model Bar Refaeli biznesmen Adi Ezra ilə Hayfa şəhərində evlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlüyün toyu "Carmel Forest Spa Resort" hotelində baş tutub.

Məşhur modelin toyu ilə bağlı İsrail rəsmilərindən bir tələbi isə ölkədə geniş müzakirələrə səbəb olub.

İsrailli model Bar Refaeli toyun keçirildiyi hotelin hava sahəsinin uçuşlara bağlanmasını istəyib. Biznesmen Adi Ezra ilə evlənən Refaeli toyu çəkmək istəyən paparazzilərin qarşısını almaq üçün Mülki Aviasiya İdarəsinə müraciət edib.

Modelin tələbinə müsbət cavab verilməsi əhali arasında kəskin reaksiya ilə qarşılanıb. Hadisəyə müdaxilə edən İsrailin Nəqliyyat naziri Yisrael Katz qərarın ləğv edilməyəcəyi halda Mülki Aviasiya İdarəsi sədrini vəzifədən qovmaqla təhdid edib.

"Səma bütün İsrail vətəndaşlarına aiddir, bu tədbir üçün xüsusi yanaşma nümayiş etdirə bilmərik", - nazir bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.