Maraqlı

Allaha qarşı insaflı olmaq nə deməkdir?

25 Yanvar 2020 19:40
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əli (ə) buyurur: "Allahla insafla rəftar et. İnsanlara qarşı da - istər Allah tərəfindən olsun, istər yaxın qohumların, istərsə də xüsusi əlaqə bəslədiyin ailən olsun - insafa riayət et. Əgər belə etməsən, zülm etmiş olarsan". (

Milli.Az deyerler.org-a istinadən bildirir ki, gündəlik həyatımızda elə insanlar vardır ki, cisim və ruhi sağlamlıqlarına baxmayaraq bu böyük nemətə əhəmiyyət vermirlər. Bu böyük nemətin qədrini bilmir və ona görə Allaha şükr etmirlər. Ona görə deyirlər ki, insan o zamana qədər ki, sağlamdır - bu nemətin qədrini bilməz. O zaman ki, onu əldən verir - ayılar. Adicə sağlam dişə malik olmağın özü bir nemətdir. İnsan yediyi yeməyini rahat çeynəyər və istədiyi hər şeyi yeyə bilər. Ya misal üçün, sağlam ayaqlara malik olmaq, ona bu nemətin nə qədər önəmli olduğunu unutdurar. Ancaq elə ki, onu əldən verər - o zaman bu nemətin qədrini bilər.

Allahın bizə verdiyi nemətlərə diqqət etsək, görərik ki, bu nemətlərin sayı-hesabı yoxdur. Ancaq biz heç bir zaman bu nemətləri görmür və onlara görə şükür etmirik. Elə bu zaman Allaha insaflı olmaq mövzusu irəli gələr. Allaha insaflı olmaq - yəni verdiyi hər nemətinə görə şükür edib, bu nemətlərin qədrini bilməkdir. Məgər insafdandırmı ki, bu qədər nemət verən Allaha diqqət etməyək və Ona verdiyi bu qədər nemətinə görə şükür etməyək?!

Bəzən biz insanlar başqa insanların qarşısında, onların etdikləri yaxşılıqlara görə o qədər xəcalət çəkir və utanırıq ki. Bir halda ki, belə bir minnətdarlıq və xəcaləti Allaha qarşı duymuruq. İnsanlardan kimsə bizə ən kiçik yaxşılıq etsə, çalışırıq ki, heç bir zamanda onun əvəzini ona verək. Ancaq bəs Allahın bizə verdiyi bu qədər nemət necə olsun? Onun şükrü necə olsun? Onun əvəzini vermək istəmirikmi?

Beləliklə deyə bilərik ki, Allaha qarşı insafa malik olmaq - yəni verdiyi nemətlərin qədrini bilib, onlara görə şükür etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.