Maraqlı

Fikir və xəyal günahlarına görə də tövbə etmək

25 Yanvar 2020 22:50
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən insan əməldə günah etməz, ancaq fikir və xəyallarında günahın təsirləri qalır. Tövbənin həqiqəti budur ki, insan fikrin və xəyalında belə? günah niyyəti etməsin. İmam Əli (ə) buyurur: "Günah fikirlərindən oruc tutmaq, mədənin yeməyə görə oruc tutmağından daha üstündür".

Tövbə o zaman xalis olar ki, insan həm zahirdə və həm də batində günahdan təmizlənmiş olsun. Ancaq əgər nəfs günaha adət edərsə, nəfsi davamlı olaraq günaha möhtac halda olar. Misal üçün, bir insan qeybətə adət edərsə, nəfsi davamlı olaraq ondan qeybət etməsini tələb edər.

Kafirin zahiri çirkli deyildir, bəlkə nəcasəti əxlaq və dəyanətindədir. Adi nəcasətin iyi 20 addım atandan sonra azalar. Ancaq yalanın, qeybətin və başqa günahların iyi səmaya qədər qalxar. Mələklər bu iydən narahat olarlar.

Sədi nəql edir: "Bir nəfər günah edirdi ki, abidlərdən biri onun yanından keçir. Xəcalətindən tər üzünə axmağa başlayır. Davamlı olaraq öz-özünə deyir: "Ey vay! Şeyx məni bu halda gördü". Abid onun bu sözlərini eşidən zaman fəryad çəkdi və dedi: "Sən məndən xəcalət

çəkirsən, ancaq əməllərinə hazır və nazir olan Allah Təaladan xəcalət çəkmirsən?".

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Qiyamət günü olar, Allah bəzi ümmətimə qanad inayət edər ki, qəbirlərindən behiştə qədər uçsunlar.

Behiştdə hərəkət etsinlər və hər cür istəsələr, nemətdən

bəhrələnsinlər. Mələklər onlara deyər: "Siz hesab görmüsünüz?".

Deyərlər: "Xeyr".

Mələklər deyər: "Siratdan keçmisiniz?".

Deyərlər: "Biz Siratı görmədik".

Mələklər deyərlər: "Cəhənnəmi görmüsünüz?".

Deyərlər: "Biz heç nə görmədik".

Mələklər deyərlər: "Sizi Allaha and veririk, dünyada əməliniz nə olmuşdur?".

Deyərlər: "Dünyada iki əməlimiz var idi: xəlvətdə Allahdan həya etdiyimiz üçün günah etməzdik. Allahın bizə qismət etdiyindən azına razı olardıq".

Mələklər deyərlər: "Bu məqam - sizin haqqınızdır"". (Həvzəh)

Tövbələri qəbul edən Allahdır. Çalışaq ki, zahirimizi günahdan təmizlədiyimiz kimi batinimizi, fikir və xəyalımızı da günahdan təmizləyək. O günahlara görə də tövbə edək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.