Maraqlı

Günah barədə Ayətullah Behcətdən tövsiyə

25 Yanvar 2020 22:20
3 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir nəfər Ayətullah Behcətdən ona nəsihət verməsini istəyir.

Ağa Behcət həmişə olduğu kimi zikr ilə məşğul idi və başını qaldırıb buyurur: "Bacardığınız qədər günah etməyin".

Sonra başını yenə aşağı saldı və zikrinə davam etdi.

Bir müddət sonra başını qaldırdı və buyurdu: "Əgər bəzən günaha düçar olsanız da, səy göstərin ki, o günah haqqun-nas olmasın".

Sonra yenə zikrlə məşğul oldu.

Bir müddət sonra yenə başını qaldırdı və buyurdu: "Əgər elə günaha düçar olmusansa ki, onda haqqun-nas vardır - səy göstərin bu dünyada onu aradan qaldırasınız. Axirət üçün saxlamayın ki, orada çətin olacaqdır".

Allah Təala bu tövsiyəyə riayət etməyi bizlərə də nəsib etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.