Maraqlı

Kimlərin əməl dəftəri 2 əllə təqdim olunar?

25 Yanvar 2020 19:10
1 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah Təala Quranda insanları üç dəstəyə ayırmışdır: sabiqunlar, şimal əhli və yəmin əhlinə. Sonra şimal əhli ilə yəmin əhlinin əməl dəftəri barəsində bəhs edir. Allah yəmin əhlini behişt əhlindən hesab edir. Onların əməl dəftəri sağ əllərinə veriləcəkdir.

"Kimin əməl dəftəri sağ əlinə verilərsə, onunla tez, asan haqq-hesab çəkiləcək". ("İnşiqaq" 7-8).

"(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar)". ("İsra" 71).

Şimal əhli cəhənnəm əhli kimi tanıdılmışdır. "Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: "Kaş (əməl) dəftərim mənə verilməyəydi!"". ("Haqqə" 25).

Onların əməl dəftəri təhqir əlaməti olaraq arxalarından verilər. "Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə, o, tezliklə fəryad edib öz ölümünü istəyər". ("İnşiqaq" 10-11).

Sabiqunlar isə həmin müqərrəbinlərdir. Onlar özləri əməl tərəzisidirlər.

Əhli-Beyt (ə) - müqərrəbinlərə bariz misaldırlar. Əmirəl-möminin (ə) barəsində deyilir: "Əli (ə) haqladır və haqq Əli (ə) ilədir. Əli (ə) harada olarsa, haqq da orada olar. Haqq Əlinin (ə) ətrafında fırlanar, nəinki Əli (ə) haqqın ardınca olar".

Əlbəttə, müqərrəbinlərə də əməl dəftəri verilər və hörmət əlaməti olaraq, iki əllə təqdim olunar. "Onun hər iki (qüdrət) əli daim açıqdır". ("Maidə" 64).

Ona görə də deyə bilərik ki, müqərrəbinlərin də əməl dəftəri olacaq və onlara iki əllə təqdim olunacaqdır. Baxmayaraq ki, buna ehtiyac olmaz, çünki onlar özləri əməl tərəzisidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.