Maraqlı

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi?

25 Yanvar 2020 20:45
3 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qısqanmaq duyğusunun ölçüsü və yeri barədə söz söyləmək, onun hüdudlarını bəlli etmək çətindir. Bu, hər kəsin emosional-psixoloji durumuna, temperamentinə və zövqünə bağlı olan məsələdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi şəxslər sevdikləri insan tərəindən qısqanmağı xoşlayır, bunu sevgi və diqqət əlaməti sayır, qısqanclıq olmasa, qarşı tərəfin ona laqeyd qaldığını düşünüb narahat olurlar. Ümumi şəkildə bunu deyə bilərik ki, öz həddini aşmayan qısqanclıq günah sayılmır. Xüsusilə, kişinin öz həyat yoldaşına diqqət göstərməsi və onun barəsində narahat olduğunu bildirməsi normaldır. Əlbəttə, qısqanclıq ailə münasibətlətinə xələl gətirən həddə çatdırılmamalı, yersiz şübhələrə səbəb olmamalıdır. Ümumiyyətlə, ailə üzvləri qarşı tərəfdə qıqanclıq yaratmaqla onun sevgisini yoxlamaq və ölçmək cəhdindən əl çəkməlidirlər; bu, faydasız və hətta təhlükəli addımdır. Bu cür ifrat səviyyəli qısqanclıq İslam əxlaqında və ailə ilə bağlı şəriət hökmlərində də bəyənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.