Maraqlı

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası

21 Yanvar 2020 18:39
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus" kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın "Karakomik filmler 2" komediyasının nümayişinə başlayıb.

Bir bilet alan tamaşaçılar iki film izləyəcəklər.

Ssenaristi və rejissoru Cem Yılmaz olan "Karakomik filmler" silsiləsinin davam filmi olan "Karakomik filmler 2" "Deli" və "Emanet" adında iki filmdən ibarətdir. "Deli", ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. "Emanet" isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.